Bakı. Trend:
Bakıda “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirə keçirilir.
Trend xəbər verir ki, tədbir Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutur.
Tədbirin məqsədi “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələrini ictimaiyyətlə bölüşmək, mövcud vəziyyəti açıq müzakirə etmək və davamlı sülhün formalaşdırılması üçün praktik mexanizmlər və təkliflər irəli sürməkdir.
İctimai müzakirə zamanı vətəndaş cəmiyyəti institutlarının sülh gündəliyinə daha sistemli cəlb edilməsi yolları, ictimai kommunikasiya və etimad quruculuğu mexanizmləri, eləcə də ekspert dairələri, QHT-lər və media arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.
Eyni zamanda, gələcək sülh təşəbbüsləri üçün praktik tövsiyələrin toplanması nəzərdə tutulur.
Müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ictimai xadimlər, sülh və münaqişələrin həlli üzrə ekspertlər, eləcə də media nümayəndələri iştirak edəcəklər.
Xəbər yenilənəcək
