...

Ermənistanda indiki hakimiyyət qalib gəlsə, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıra bilərik - Fərhad Məmmədov

Siyasət Materials 13 Yanvar 2026 10:38 (UTC +04:00)
Ermənistanda indiki hakimiyyət qalib gəlsə, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıra bilərik - Fərhad Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda parlament seçkilərində indiki hakimiyyət qalib gəlsə, bu bizə imkan verəcək ki, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıraq.

Trend xəbər verir ki, bunu bu gün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirədə deyib.

“Bugünkü nailiyyətimiz odur ki, iki tərəf arasında ünsiyyət vətəndaş cəmiyyətləri səviyyəsində formalaşıb”, - deyə o vurğulayıb.

F.Məmmədov həmçinin qeyd edib ki, Bakı-İrəvan sülh müqaviləsinin imzalanmasında əsas əngəl Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti