...

GƏNCLƏR TƏŞKİLATLARININ SEÇKİ MƏSƏLƏLƏRİ ÜZRƏ ŞƏBƏKƏSİ ABŞ SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 9 İyul 2005 12:22 (UTC +04:00)

Azərbaycan Gənclər Təşkilatlarının Seçki Məsələləri üzrə Şəbəkəsinin üzvləri ABŞ Səfirliyinin nümayəndəsi Nataşa Rastegari ilə görüşüb. Şəbəkədən Trend ə bildirilib ki, görüşdə bu ilin noyabr ayında keçiriləcək parlament seçkiləri öncəsində vəziyyət, gənclərin seçkilərə marağı, regionlardakı gənclər arasında seçki biliklərinin artırılması, regionlarda müşahidəçilik institutunun inkişafına töhfə verilməsi kimi məsələlər müzakirə edilib.

Gənclər Təşkilatlarının Seçki Məsələləri üzrə Şəbəkəsinin rəsmi nümayəndəsi Nurəddin Mehdiyev regionlarda gənclər arasında seçki maarifləndirilməsi işinin aparılmasının zəruriliyi və gənclərin seçki aktivliyi barədə danışıb. Şəbəkənin üzvləri Vüqar Əhmədov və Vüsal Quliyev seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində exit-poll seçki texnologiyasının tətbiq edilməsinin əhəmiyyətindən danışıblar.

Gənclər Təşkilatlarının Seçki Məsələləri üzrə Şəbəkəsinin üzvləri ilə görüşdən razı qalan ABŞ səfirliyinin nümayəndəsi Nataşa Rastegari də gənclərin seçkidə fəallıqla bağlı təşəbbüskar olmasını müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti