...

İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİNİN TARİXİ YENİ KABİNET FORMALAŞANDAN SONRA BƏLLİ OLACAQ

Siyasət Materials 15 İyul 2005 12:43 (UTC +04:00)

"İyulun 24-də İran İslam Respublikası (İİR) prezidentinin andiçmə mərasimi keçiriləcək. Bundan iki həftə sonra prezident yeni nazirlər kabinetinin tərkibini parlamentə təqdim edəcək. Bir həftə sonra isə parlament prezidentin komandasını təsdiqləməlidir. Yalnız bundan sonra İİR-in xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi dəqiqləşəcək". Bu barədə Trend ə İİR-in Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, İranda prezidentin andiçmə mərasimi adətən böyük təntənə ilə qeyd edilmədiyindən, yeni seçilmiş prezident Mahmud Əhmədinejatın andiçmə mərasimində də xarici dövlətlərdən nümayəndələrin iştirakı nəzərdə tutulmayıb.

"Hesab edirəm ki, prezident Mahmud Əhmədinejatın parlamentə təqdim edəcəyi komandanın parlament tərəfindən təsdiqlənməsındə elə bir problem olmayacaq. Və artıq avqustun ortalarından etibarən nazirlər kabineti fəaliyyətə başlayacaq",- deyə Əfşar Süleymani bildirib.

Səfirin sözlərinə görə, Kəmal Xərrazi iki prezident seçkisindən sonra xarici işlər naziri postunu qoruyub saxlamışdır. Xarici siyasət sahəsində böyük təcrübəyə malik olması səbəbindən K.Xarrəzinin üçüncü müddətdə də nazir postunu qoruyub saxlayacağı istisna olunmur.

Əfşar Süleymani İranın yeni xarici işlər nazirinin Azərbaycana səfərinin payız aylarında gerçəkləşəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti