...

DEMOKRATİK AZƏRBAYCAN SEÇKİ BLOKU LƏNKƏRANDA MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 20 İyul 2005 16:17 (UTC +04:00)

Demokratik Azərbaycan Seçki Bloku Bakı və Lənkəran şəhərlərində mitinq keçirəcək. Bu barədə Trend ə seçki blokunun üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov məlumat verib. O, bildirib ki, seçki kampaniyası dövründə ilk böyük mitinqin Lənkəranda keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, H.Əzimov seçkidə namizədliyini Lənkəran şəhər 73 saylı seçki dairəsindən irəli sürəcək.

H.Əzimovun sözlərinə görə, kütləvi aksiyaları başqa seçki blokları ilə birgə təşkil etmək də mümkündür. Onun sözlərinə görə, Demokratik Azərbaycan Seçki Blokunun "Yeni Siyasət" bloku ilə əməkdaşlıq etməsinə dair artıq onlardan müsbət cavab alınıb. Hər iki blokun seçkidə namizədlərini razılaşdırmasına gəldikdə isə, H.Əzimov deyib ki, bu, seçki blokları Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçdikdən sonra baş tuta bilər.

"MSK-da bloklar qeydə alındıqdan sonra əməkdaşlığın birinci mərhələsi başlanacaq. Namizədlərin fərdi qaydada qeydə alınmasından sonra isə bloklar arasında seçki dairələri üzrə vahid namizədlər irəli sürmək barədə müzakirələr aparıla bilər"-deyə H.Əzimov bildirib.

Xəbər lenti

Xəbər lenti