...

MİLLİ BİRLİK HƏRƏKATININ VƏ LİBERAL PARTİYASININ MİTİNQİ KEÇİRİLİB

Siyasət Materials 30 İyul 2005 19:10 (UTC +04:00)
MİLLİ BİRLİK HƏRƏKATININ VƏ LİBERAL PARTİYASININ MİTİNQİ KEÇİRİLİB

İyulun 30-da "Qələbə"meydanında Milli Birlik Hərəkatının və Liberal Partiyasının mitinqi keçirilib. Trend in verdiyi xəbərə görə, aksiyada siyasi partiyaların və hökumət təşkilatlarının nümayənləri, ziyalılar, döyüşçülər və hüquq müdafiəçiləri iştirak edib.

Saat 17-də Azərbaycanın himninin səsələndiriməsi ilə başlanan aksiyada ziyalılarla bərabər Milli Birlik Hərəkatının lideri, professor LaləŞövkət çıxış edib.

O, ölkədə haqq və ədalətin bərpası, insanların öz hüquqları uğrunda mübarizə aparması üçün xalqı milli birliyə səsləyib. "Problemlərə görə yalnız iqtidarı günahlandırmaq doğru deyil"- söyləyən Lalə Şövkət insanların laqeyliyindən və biganəliyindən də şikayətlənib.

Onun sözlərinə görə, insanlar mitinq gəlməkdən ehtiyat edir və cəmiyyətdə bir xof hissi hökm sürür. "Bizim mübarizəmiz seçki üçün, mandat almaq uğrunda deyil.

Mən sizi konstitutsion hühuqularını bilməyə və qorumağa çağırıram".

"Amal" Ziyalılar Hərəkaiının rəhbəri Xalid Əlimirzəyev Lalə Şövkəti Azərbaycanın milli dəyərlərindən biri, Azərbaycanda ziyalı qadın etalonu adlandırıb. O, Azərbaycan xalqını demokratik cəmiyyətdə yaşamağa, d ünya dövltləri arasında yer tutmağa layiq olduğunu bildirib və xalqı bu yolda mübarizəyə səsləyib.

"Amal"ın üzvü Mürşid Məmmədli Lalə Şövkətin milli şüurun oyanmasında müstəsna xidmətləri olan yüksək mənəvi keyfiyyətlərə malik qadın-siyasətçi olduğunu deyib.

M.Məmmədli qarşıdan gələn parlament seçkisini Azərbaycan üçün növbəti dəfə sınaq olduğunu deyərək baş verə biləcək saxtakarlığın xalqa qarşı ən böyük hörmətsizlik kimi qiymətləndirib.

"Azəri Türk Qadınları" Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirib ki, xalq öz siyasi liderini seçərkən öz taleyini, sağlamlığını, maddi təminatını, sağlamlığını xalqa qurban verən Lalə Şövkətə üstünlük verməlidir. Onun sözlərinə görə, Azərbaycanın öndə gedən siyasətçilərinə nümunə olan, milli birliyi özünə hədəf seçən Lalə Şövkətin qədir-qiyməti bilinməlidir.

Aksiyada mərhum jurnalist Elmar Hüseynovun da xatirəsi yad edilib, Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə seçkiqabağı demokratik mühitin, seçkidə iştirak edən bütün namizədlərə bərabər şəraitin yaradılması tələb olunur.

Həmçinin, istisnasız olaraq bütün siyasi mühacirlərin vətənə qayıdışına şərait yaradılması, siyasi məhbusların azad olunması, iqtidaryönlü KİV-də müxalifətə qarşı aparılan çirkin təbliğata son qoyulması, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin cəzalandırılması tələbləri də bəyanatda yer alıb.

Dövlət orqanlarında, xüsusən DİN- də kriminal qrupların cinayətkar fəaliyyətini araşdırmaq məqsədilə seçkikomissiyalarında təmsit olunmuş müxalifət partiyalarının, QHT -in və KİV nümayəndələrinin iştirakı ilə parlament təhqiqat komissiyası yaratmaq təklif olunur.

Mitinq Üzeyir Hacıbəyovun "Üvertura"nın səslənməsi ilə başa çatıb.

Aksiya təşkilatçılarının sözlərinə görə, mitinqdə 3 mindən artıq adam iştirak edib. Bundan xeyli fərqli fikir söyləyən Yasamal rayon polis əməkdaşlarının sözlərinə görə isə mitinqdə 300 nəfər adam olub.

Mitinqdə heç bir insident baş verməyib.

Xəbər lenti

Xəbər lenti