Almaniyanın Bakıdakı səfirliyi üçaylıq alman dili kurslarına qəbul elan edib. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyində bildirilib.
Kurslar həftədə üç dəfə 12-14 nəfərdən ibarət qruplarda aparılacaq. Məşğələlər bu ilin oktyabr ayının 1-dən "Kapelhaus" Azərbaycan-alman mədəni mərkəzində və Dillər universitetinin binasında keçiriləcək.
Bir məşğələ 1.5 saat davam edəcək, kursların dəyəri 40 avrodur.