HIFAB şirkəti avqustun 1-dən Azərbaycanda 2 illiyə nəzərdə tutulmuş (2007-ci ilin iyuluna qədər) Tacis-in Milli Əlaqələndirmə Bürosuna dəstək layihəsinin yeniləşdirilməsinə başlayıb. Bu barədə Trend ə Avropa Birliyi texnik yardım proqramının (Tacis) Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərov bildirib. Onun sözlərinə görə, bu işi 2000-ci ildən həyata keçirən HIFAB şirkəti fəaliyyət göstərən reallaşdırma qrupunu saxlayıb.
"Layihənin əsas vəzifəsi Azərbaycanda fəaliyyət göstərən və reallaşdırılan Tacis proqramlarının səmərəliliyinin qiymətləndirilməsinin keçirilməsi və onun mexanizminin hazırlanmasından ibarətdir. İndiki vəziyyət layihənin texniki tapşırıqlarına ölkə hökumətinin təkidi ilə daxil edilib ki, bu da 2007-ci ildən Azərbaycanın və Avropa İttifaqının əməkdaşlığını yeni mexanizminə keçəcəyi ilə əlaqədardır. Bununla bağlı, hökumət Tacis-in yaxşı təcrübəsini Avropa qonşuluq Proqramına ekspolyasiya etməyə və indiyə kimi artıq üzləşdiyi problemlərdən qaçmağa çalışır.
Xüsusi qiymətləndirmə mexanizminə malik olan Avropa Komissiyası bu mövqe ilə razılaşır. Sentyardan etibarən Əlaqələndirmə Bürosu və HIFAB Tacis layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin milli mexanizmini hazırlamağa başlayacaq ", - deyə Ə.Ələkbərov bildirib.
HIFAB dəyəri 1 milyon avro olan müqavilə əldə etməklə iyunun sonlarında bağlanan tenderin qalibi olub. 1992-ci ildən Avropa İttifaqı ölkəyə Tacis layihələri üzrə 90 milyon avro da daxil olmaqla 400 milyon avro yardım göstərib.