Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının özülünün qoyulmasında iştirak edib və müəssisənin administrativ binası ilə tanış olub.
Trend in məlumatına görə, dövlət başçısı öz çıxışında bildirib ki, Sumqayıtda yeni elektrik stansiyasının tikintisi müasir Azərbaycanın tarixində böyük hadisədir. Onun sözlərinə görə, gücü 500 Mqvatt olan yeni obyektin tikintisi 2-2,5 ilə başa çatacaq.
Dövlət başçısı bildirib ki, Azərbaycanın bir sıra regionlarında, xüsusilə qışda enerji qıtlığı müşahidə olunur.
Bu problemin həlli üçün ölkədə yeni enerji obyektləri istsimara veriləcək. Eləcə də Bakı və Əli-Bayramlıda 2006-cı ilin sonlarına qədər azgüclü (300-400 MqVatt) modul elektrik stansiyaları tikiləcək. O həmçinin bildirib ki, bu gün investorlarda Azərbaycan iqtisadiyyatının gələcəyinə inam var.
"Bir vaxtlar Azərbaycan üçün kredit almaq çox çətin idi, çünki bu kredit verən tərəf üçün böyük risq idi. İndi artıq bu problem mövcud deyil".
Sumqayıtın İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev öz çıxışında bildirib ki, hazırda Sumqayıta115 milyon dollar xarici sərmayə qoyulub. 64 min kvadrat metr sahədə özəl tikinti işləri aparılır, yaxın vaxtlarda plastik məişət tullantıları üçün yeni qurğusu istismara veriləcək.
"Azərenerji"nin rəhbəri Etibar Pirverdiyev bildirib ki, "Simens" şirkətinin tətbiq etdiyi texnologiyalar ən müasir tələblərə cavab verir. "Elektrostansiya öz növünə görə MDB ölkələrində yeganə müəssisə olacaq".
O bildirib ki, Azərbaycanın regionlarının inkişafı eneji sisteminin gücünü artırılması zəruriliyni yaradır. Onun məlumatına görə, yaxın 5 il ərzində Naxçıvan Muxtar Respublikasında enerji obyektlərinin və Şimal DRESi- istifadəyə verilməsi hesabına enerji sisteminin gücü 3 min MqVatt artırılacaq.
Eyni zamanda, yüksək gərginlikli elktrik ötürücüsü xəttlərinin dəyişdirilməsi üzrə iş aparılacaq.