...

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN BİR QRUP HƏRBİ QULLUQÇUSUNA ALİ HƏRBİ RÜTBƏLƏR VERİLİB

Siyasət Materials 15 Avqust 2005 19:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi ilə bağlı sərəncam imzayıb. Bu barədə Trend agentliyi məlumat yayıb.

"General-mayor" rütbəsi polkovnik Fərhad Taqızadə (DSX beynəlxalq əlaqələr üzrə rəisinin müavini) və DSX Sərhəd qoşunları Baş qərargahınını dövlət sərhəddi mühafizəsi idarəsinin rəisi polkovnik Ehram Hacıyevə verilib.

Prezident həmçinin DSX tibb İdarəsinin bir qrup hərbi qulluqçusuna "Azərbaycan Respublikasının fəxri həkimi" fəxri adının verilməsi barədə də sərəncam imzalayıb. Bunlar tibbxidməti polkovniki İlqar Əliyev və tibb xidməti polkovnik-leytenantı Zahir Əliyevdir.

Xəbər lenti

Xəbər lenti