...

İLHAM ƏLİYEV: İQTİDAR PARTİYASINDAN OLAN DEPUTATLIĞA NAMİZƏDLƏRİN SİYAHISI ŞƏXSƏN MƏNİM NƏZARƏTİM ALTINDA HAZIRLANIB

Siyasət Materials 19 Avqust 2005 16:20 (UTC +04:00)

İqtidarda olan Yeni Azərbaycan (YAP) daimi inkişafda olduğundan deputatlığa namizədlərin partiya siyahısınqdakı dəyişikliklər də məhz bununla bağlıdır. Trend agentliyinin "ATV" telekanalına istinadən yaydığı xəbərə görə,bu barədə avqustun 19-da İsmayıllı rayonuna səfəri zamanı respublika prezidenti İlham Əliyev çıxış edib.

Prezident qeyd edib ki, iqtidardan olan namizədlərin siyahısı şəxsən onun nəzarəti altında hazırlanıb.

"Bu siyahıya partiyanın daxilində müəyyən mövqeyə malik olan və YAP-nın inkişafı məqsədilə aktiv fəaliyyət göstərən şəxslər daxil edilib", - deyə dövlət başçısı qeyd edib və onu da bildirib ki, iqtidar partiyasının sıralarında "yeniləşmə zəruridir".

Xəbər lenti

Xəbər lenti