...

GƏNCƏDƏ BİR NƏFƏR SƏHLƏNKARLIĞIN QURBANI OLDU

Siyasət Materials 20 Avqust 2005 14:23 (UTC +04:00)

Avqustun 19-da saat 15 radələrində Gəncə İdman Təhsil Mərkəzin nəzdində fəaliyyət göstərən üzgüçülük hovuzunda şəxsiyyəti məlum olmayan 14 yaşlı bir nəfər boğulub. Şahidlərin ifadələrinə görə, həmyaşıdları ilə birlikdə 2 saata yaxın hovuzda üzən şəxs növbəti həmlə zamanı suyun dərin qatlarına enmiş və geri qayıtmayıb.

Bundan 5-10 dəqiqə sonra dostdostları hovuzun kənarında oğlanın suyun üzərinə çıxmış cəsədi niaşkar edirlər. Faktla bağla Gəncə şəhər Polis idarəsində cinayət işi açılıb. Oğlanın cəsədi üzərində tibbi ekspertiza aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti