...

MSK-NIN VƏ "SEÇKİLƏR" İNFORMASİYA MƏRKƏZİNİN RƏSMİ SAYTINDA YENİLİKLƏR EDİLİB

Siyasət Materials 25 Avqust 2005 13:25 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) və onun nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin rəsmi internet ünvanında bir çox yeniliklər edilib. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Seçicilər 6 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı onları maraqlandıran suallara www.cec.gov.azwww.infocenter.gov.az ünvanlarında cavab tapa bilərlər.

MSK-nın internet səhifəsində (www.cec.gov.az) bu komissiyanın iclasları, çıxardığı qərarları, təlimatları, təqvim planı və digər normativ sənədləri, o cümlədən,122 saylı Xankəndi seçki dairəsinin fəaliyyətə başlaması ilə bağlı həmin seçki dairəsinin seçicilərinə MSK-nın müraciəti və digər barədə məlumatlar yerləşdirilib.

MSK-nın nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində ( www.infocenter.gov.az) isə Dairə Seçki Komissiyalarının (DSK) siyahısı və yerləşdiyi ünvanlar, seçki dairəsi üzrə seçicilərin sayı, seçki dairəsinin hüdudları, məntəqələr və bələdiyyələr üzrə seçki dairəsinə daxil olan ünvanlar, küçələr, evlər və binaların nömrəsi, seçki dairələri üzrə məntəqələrin sayı, ünvanı, marşrutu və onun sxematik xəritəsi, namizədlər haqqında məlumatlar (bütün tərcümeyi-halı) kim tərəfindən irəli sürülməsi, qeydə alınma tarixləri,

namizədlər haqqında ümumi statistik məlumatlar,imza vərəqələrini götürənlərin və qaytaranların, qeydə alınan namizədlərin sayı, namizədlərin partiya mənsubiyyəti, partiyalar tərəfindən irəli sürülənlərin sayı və digər mühüm məlumatlar əksini tapıb. İnternet ünvanında qaynar xətt də fəaliyyət göstərir, burada təklif və şikayətlərin internet vasitəsilə göndərilməsi və dərhal cavablandırılması mexanizmi qurulub.

Xəbər lenti

Xəbər lenti