...

AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏ HAKİM PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Siyasət Materials 29 Avqust 2005 18:57 (UTC +04:00)

"Regionda Türkiyənin və Azərbaycanın rolu daha da güclənir. Bütün məsələlərdə, o cümlədən beynəlxalq və regional məsələlərə münasibətdə birliyin olması Türkiyənin və Azərbaycanın regiondakı rolunun gücləndirilməsinə kömək edir.Azərbaycan və Türkiyənin tərəfdaşlığı xalqlarımızın gələcəyinə zəmanətdir".

Trend agentliyi bildirir ki, avqustun 29-da Türkiyənin hakim ədalət və tərəqqi partiyasının (ƏTP) nümayəndə heyətini qəbul edərkən Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.Nümayəndə heyətinin tərkibinə ƏTP sədrinin müavini Şaban Dişli, AŞPA-da Türkiyə parlamenti nümayəndə heyətinin rəhbəri Murad Mərcan və deputat İnci Dərviş daxildir.

Dövlət başçısı Türkiyə nümayəndə heyətinin iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın daha böyük inkişafına xidmət edən səfərinin çox mühüm olduğunu bildirib.

O, Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası və partiyalararası sahələrdə inkişafının əhəmiyyətini qeyd edib. İ.Əliyev deyib ki, Türkiyədə və Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar seçilmiş yolun doğruluğunu nümayiş etdirir.

O, iki hakim partiya arasında "Yeni Azərbaycan" partiyasına dünya partiyaları cəmiyyətinə daha sıx inteqrasiyasında kömək edəcək təcrübə mübadiləsinin vacibliyi barədə arzusunu ifadə edib.

Ş.Dişli Türkiyənin baş naziri, ƏTP-nin lideri Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb və bildirib ki, missiya Bakıya "Yeni Azərbaycan" partiyasının dəvəti ilə gəlib.

O, hakim partiyalar arasında fikir və məsləhətləşmələr mübadiləsinin aparılmasının vacibliyini və təcrübə mübadiləsi aparılması barədə arzusunu bildirib.

Xəbər lenti

Xəbər lenti