...

"YENİ PARLAMENT" SEÇKİ BLOKUNUN BÜTÜN NAMİZƏDLƏRİ QEYDƏ ALINIB

Siyasət Materials 30 Avqust 2005 16:14 (UTC +04:00)

Qeyri-hökumət gənclər təşkilatlarının rəhbərləri tərəfindən təsis olunan "Yeni Parlament" Seçki Bloku bu il 6 noyabrda keçiriləcək parlament seçkilərinin birinci mərhələsini başa vurub və blokun bütün üzvlərinin namizədliyi qeydə alınıb. Bu barədə Trend ə seçki blokundan məlumat verilib.

"Yeni Parlament" Seçki Bloku ölkə üzrə seçkidə iştirak edən gənc namizədlərə dəstək vermək qərarına gəlib. Bu məqsədilə seçki dairələri üzrə blokun dəstəklədiyi namizədlər ictimaiyyətə təqdim olunacaq.

Seçki Blokunun dəstəklədiyi namizədlərin adları avqustun 31-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti