...

MİRMAHMUD MİRƏLİOĞLUNUN SEÇKİ QƏRARGAHI ƏLİNDƏN ALINIB

Siyasət Materials 6 Sentyabr 2005 12:57 (UTC +04:00)

46 saylı Abşeron seçki dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğlunun Xırdalan qəsəbəsində yerləşən seçki qərargahı dağıdılıb. Bu barədə Trend ə AXCP-nin Seçki Qərargahından məlumat verilib. Bildirilib ki, partiyanın Seçki Qərargahının həmin ünvanda yerləşməsinə dair mülkiyyətçi ilə müqavilə bağlanmışdı. Lakin müqaviləyə baxmayaraq, obyektin sahibi bağladığı müqavilədən imtina edib.

"Klassiklər" AXCP-si bu hadisənin hakimiyyət tərəfindən verilən sifariş olduğunu bəyan edib və müxalifətə qarşı təzyiq kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti