Bu günə kimi Azərbaycanda turizm firmalarının qadın və uşaqlarla alveri üzrə fakt aşkar olunmayıb. Bu barədə Trend ə avqustun 6-da gənclər, idman və turizm naziri Əbülfəz Qarayev məlumat verib.
Onun sözlərinə görə, nə bir qadın, nə də bir uşaq nazirliyin lisenziyası əsasında fəaliyyət göstərən turizm firmaları tərəfindən ölkədən çıxarılmayıb.
Nazirlik lisenziya verdiyi turizm firmalarının fəaliyyətinə ciddi surətdə nəzarət edir və kiçik bir şübhə yarandıqda firmanın lisenziyası alınır. Nazir onu da qeyd edib ki, qadın və uşaqlarla qanunsuz alverlə mübarizə təkcə dövlət strukturlarının problemi deyil, bu məsələdə qeyri-hökumət təşkilatları və ictimaiyyət də öz səylərini birləşdirməlidir.