...

ABŞ-IN BİR NEÇƏ MƏŞHUR ŞİRKƏTLƏRİ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Siyasət Materials 9 Sentyabr 2005 19:05 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası sentyabrın 12-də qarşıdan gələn parlament seçkilərinin monitorinqi ilə bağlı gördüyü və planlaşdırdığı işlərin təqdimatını keçirəcək. Bu barədə Trend ə Asossasiyadan məlumat verilib.

Qeyd edək ki, Asossasiyanın həyata keçirdiyi parlament seçkilərinin monitorinqi layihəsi bir neçə istiqaməti əhatə edir.

Bunlar namizədlərin irəli sürülməsi, imza toplanması və onların qeydiyyatının, təbliğat və təşviqat kampaniyasının müşahidəsi, seçki dövründə çap və elektron kütləvi informasiya vasitələrinin monitorinqi, 12000 nəfərə qədər yerli və xarici müşahidəçinin iştirakı ilə respublikanın bütün ərazisində səsvermə prosesinin müşahidəsi, sosioloji tədqiqatların keçirilməsində böyük təcrübəyə malik xarici firmalar və ekspertlərlə birlikdə exit-poll tipli sorğuların keçirilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ABŞ-ın məşhur "Edison media research" və "Mitofsky international" şirkətlərinə parlament seçkiləri zamanı bütün məntəqələrdə exit-poll keçirməsinə yardımçı olacaq.

"Mitofsky international" şirkətinin rəhbəri Uoren Mitofski də təqdimat mərasimində iştirak edəcək. Azərbaycanda exit-poll elmi əsaslarla seçilmiş 1750 seçki məntəqəsində keçiriləcək.

"Mitofski İnternational" 100 minə qədər seçicinin rəyini öyrənmək fikrindədir. Exit-poll nəticəsində toplanan səslərin sayılması seçki məntəqələrinin özündə həyata keçiriləcək.

Nəticələrin təhlili isə Birləşmiş Ştatlarda 2004-cü il prezident seçkiləri dövründə 50 ştatda və Kolumbiya dairəsində tətbiq edilmiş kompüter sistemi vasitəsilə aparılacaq.

Xəbər lenti

Xəbər lenti