...

AZƏRBAYCAN VƏ RUSİYA GƏNCLƏRİ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Siyasət Materials 14 Sentyabr 2005 15:27 (UTC +04:00)

Azərbaycan və Rusiyanın müxtəlif dövlət və qeyri-hökumət gənclər strukturlarının nümayəndələri Astraxanda keçiriləcək beynəlxalq konfransda əməkdaşlığın inkişaf yollarını müzakirə edəcəklər.

Gənclər, İdman və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, "Rusiya və Azərbaycan arasında regionlararası və sərhədyanı əməkdaşlığın vəziyyəti və onun inkişaf perspektivləri" adı altında təşkil olunacaq konfrans sentyabrın 22-də keçiriləcək.

Konfrans Rusiyada Azərbaycan illəri çərçivəsində keçiriləcək. Burada Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət, elmi-texniki, sosial və humanitar sahələrdə regionlararası əməkdaşlığın gələcək inkişafı və möhkəmlənməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti