Sentyabrın 21-də Azərbaycan parlamentinin sədrinin birinci müavıini Arif Rəhimzadənin başçılıq etdiyi nümayəndə heyəti həştərxana səfər edəcək. Bu barədə Trend agentliyi məlumat yayıb.
Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında sərhədyanı və regionlararası əməkdaşlıq üzrə parlamentlərarası konfransda iştirak edəcək.
"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında regionlararası və sərhədyanfı əməkdaşlığın inkişafının perspektivləri və vəziyyəti" adlı parlamentlərarası konfrans sentyabrın 22-də keçiriləcək.
Konfrans Rusiyada Azərbaycan İli çərçivəsində təşkil edilən əsas tədbirlərdən biridir. Konfransın gedişində ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında regionlararası və sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafının müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.