...

AZƏRBAYCAN PREZİDENTİ SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 14 Sentyabr 2005 20:08 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması zamanı ölkəmizin maraqlarının ardıcıl şəkildə təmin edilməsi, iqtisadi, hüquqi, ekoloji, texniki və başqa aspektlərin ətraflı araşdırılması, habelə digər tədbirlərin görülməsi məqsədilə sentyabrın 14-də xüsusi komissiyanın yaradılması ilə bağlı sərəncam imzalayıb.

Trend bildirib ki, Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov komissiyanın sədri, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev isə sədrin müavini təyin edilib.

Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə müəyyənləşdirilib: Samir Şərifov (Dövlət Neft Fondunun icraçı direktoru), Xələf Xələfov (xarici işlər nazirinin müavini), Mikayıl Cabbarov (iqtisadi inkişaf nazirinin müavini), Toğrul Musayev (ədliyyə nazirinin müavini), Musa Pənahov (nəqliyyat nazirinin müavini), Azər Bayramov (maliyyə nazirinin müavini), Natiq Əmirov (vergilər nazirinin müavini), Firdovsi Əliyev (ekologiy və təbii sərvətlər nazirinin müavini), Aydın Əliyev (dövlət gömrük komitəsi sədrinin birinci müavini), Rəfael Rəhmanov (dövlət xəzər dəniz gəmiçiliyinin rəis müavini) və Valeh Ələsgərov (dövlət neft şirkətinin xarici sərmayələr idarəsinin rəisi).

Komissiyaya tapşırılıb ki, Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar zəruri olan tədbirlər görülsün və müvafiq saziş layihələri hazırlandıqdan sonra baxılmaq üçün ölkə prezidentinə təqdim olunsun.

Xəbər lenti

Xəbər lenti