...

İSLAM PARTİYASI MÜSAVATLA ƏLAQƏLƏRİNİ KƏSƏCƏK

Siyasət Materials 16 Sentyabr 2005 13:05 (UTC +04:00)

"İslam Partiyası Müsavat Partiyası ilə bundan sonra bir yerdə ola bilməyəcək". Bunu Trend agentliyinə İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

Qeyd edək ki, bu mövqedən çıxış etməkdə səbəb Hacıağa Nurinin 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyinin ləğvinə Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Vidadi Mahmudlunun nail olmasıdır.

İslam Partiyasının sədri qeyd edib ki, münasibətlər qarşılıqlı şəkildə olmalıdır: "Müsavat bizə necə münasibət göstəribsə, biz də ona elə münasibət göstərəcəyik. Özü də ondan artığını".

Partiya sədri Vidadi Mahmudlunun onun namizədliyinin ləğv edilməsinə təşəbbüsdə olduğunu müxalifət arasında yeni qarşıdurma yaratması ilə əlaqələndirib. O qeyd edib ki, bu məsələni Müsavat rəhbərliyi özü aydınlışdırmalıdır: "Biz MSK-da Müsavatın nümayəndəsinin belə bir addım atacağını gözləmirdik".

Müsavat Partiyasının MSK-dakı nümayəndəsi Vidadi Mahmudlu isə Hacıağa Nurinin namizədliyinin ləğvi məsələsini qaldırmasını onun sənədlərində İslam Partiyasının nümayəndəsi kimi namizədliyini irəli sürməsi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti