Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da ölkənin bir sıra mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Trend bildirir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 22 mədəniyyət xadimi "xalq artisti" fəxri adına layiq görülüb.Onların arasında Eldar İsgəndərov, Tofiq Əliyev, Fəxrəddin Dadaşov, Aygün Bayramova, Şəhla İbrahimova və digərlərinin adı vardır.
"Əməkdar incəsənət xadimi" fəxri adına 9 mədəniyyət xadimi - Tahirə Yaqubova, Eldar Mansurov, Azər Dadaşov və digərləri layiq görülüb.
"Əməkdar artist" fəxri adına 11 mədəniyyət xadimi layiq görülüb.Onların arasında Arzu Mustafayev, Elxan Mansurov, Gülüstan Əliyeva və digərləri layiq görülüb.
"Əməkdar mədəniyyət işçisi" fəxri adına Əli Əliyev və Əliağa Hüseynov layiq görülüb.