...

CƏNUBİ QAFQAZ AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN GÜNDƏLİYİNDƏ

Siyasət Materials 21 Sentyabr 2005 13:50 (UTC +04:00)

Sentyabrın 21-də Avropa Şurası Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində keçirilən iclasında Azərbaycan və Ermənistanın öhdəliklərin yerinə yetirilməsi üzrə monitorinq üzrə "AQO" qrupunun məruzəsini öyrənmək nəzərdə tutulub.

Trend in Avropa Şurası Parlament Assambleyasının (AŞPA) katibliyinə istinadən yaydığı məlumata görə, iclasın gedişində AŞ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heykki Talvitiye ilə fikir mübadiləsinin keçiriləcək.

H. Talvitie öz fəaliyyətinin iki illik dövrü barədə danışacaq və iştirakçıların suallarına cavab verəcək.

Qeyd edək ki, H. Talvitiye xüsusi nümayəndə kimi 2003-cü il iyulun 7-dən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti