...

AZƏRBAYCAN VƏTƏNDAŞLARI 2007-Cİ İLDƏ ABŞ-IN VİZ LOTEREYASINDA İŞTİRAK EDƏ BİLƏRLƏR

Siyasət Materials 22 Sentyabr 2005 11:26 (UTC +04:00)

Azərbaycan vətəndaşları 2007-ci ildə ABŞ Dövlət Departamentinin viz lotereyasında iştirak edə bilərlər. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Dövlət Departamentinin Beynəlxalq İnformasiya Proqramları Bürosunun məlumatında bildirilir.

Məlumata əsasən, DD elan edib ki, lotereyada iştirak etmək istəyən müxtəlif milliyətli şəxslər 2005-ci il oktyabrın 5-dən dekabrın 4-nə kimi qeydiyyata alınacaqlar.

ABŞ-ın irqi və etnik müxtəlifliyini artırmaq məqsədilə həyata keçiriləcək bu proqram çərçivəsində əhalisi ABŞ-a daha az gələn ölkələrin vətəndaşlarına daimi yaşayış vizaları veriləcək. Lotereyada iştirak etmək istəyən şəxslər qeydiyyat dövründə xüsusi "İnternet-saytda" qeydiyyatdan keçməlidirlər. Qeydiyyata alınma pulsuzdur. Dövlət Departamenti qaliblərə poçt vasitəsilə xəbər verəcək.

ABŞ-ın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, nazirlik 50 min daimi yaşayış vizaları verməyi planlaşdırır.

Müxtəlif milliyyətli immiqrantlara vizaların verilməsi proqramına dair əlavə məlumatı Dövlət Departamentinin veb-saytında əldə etmək olar.

Qeyd edək ki, Kolumbiya, Dominika Respublikası, Salvador, Haiti, Yamayka və Meksika Dövlət Departamentinin "iştirakları arzu olunmayan ölkələr siyahısı"na daxildir.

Xəbər lenti

Xəbər lenti