...

BMT BAKI-TBİLİSİ-AXALKALAKİ-QARS LAYİHƏSİNİ DƏSTƏKLƏYİR

Siyasət Materials 22 Sentyabr 2005 16:14 (UTC +04:00)

Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryol magistralının tikilməsi layihəsi Xəzər dənizi ölkələrinə Türkiyə ərazisindən keçməklə Bakıdan Avropaya yük və sərnişin daşımalarını həyata keçirməyə imkan verəcək. XİN-nin mətbuat mərkəzindən Trend ə verilən xəbərə görə, bu barədə BMT-nin baş katibinin müavini Anvarul Çoudxuri açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin Nyu-Yorkda keçirilən 6-cı görüşündə bildirib.

Cənubi Afrikada regional əməkdaşlıq təcrübəsinin səmərələliyindən söz açan A.Çoudxuri Bakı-Axalkalaki-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan arasında aparılan danışıqları müsbət qiymətləndirib. Bu layihənin əhəmiyyətini, həmçinin, BMT-nin İnkişaf Proqramının MDB və Şərqi Avropa ölkələri üzrə bürosunun direktoru Kalman Meyje də öz çıxışında qeyd edib.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edərək, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi ilə regional əməkdaşlığın inkişafında Azərbaycanın rolu, həmçinin, dekabrda həmin təşkilat çərçivəsində Hon-Konqda keçiriləcək görüşlə bağlı ölkənin prioritetləri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti