...

BAKIDA MDB ÖLKƏLƏRİNİN ANTİİNHİSAR SİYASƏTİ ÜZRƏ HÖKUMƏTLƏRARASI ŞURANIN İCLASI KEÇİRİLİR

Siyasət Materials 26 Sentyabr 2005 14:11 (UTC +04:00)

Sentyabrın 26-da Bakıda MDB ölkələri antiinhisar siyasəti üzrə hökumətlərarası Şuranın XXII iclası öz işinə başlayıb. Trend in məlumatına görə, iclasda Azərbaycan, Belorus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Ukraynanın nümayəndə heyətləri iştirak edir.

Azərbaycan tərəfini tədbirdə iqtisadi inkişaf naziri Fərhald Əliyev, İİN yanında Antiinhisar Siyasəti üzrə Departamentin rəhbəri Rahim Hüseynov, Departamentin bölmə müdiri Araz Əliyev təmsil edir.

İqtisadi inkişaf naziri Azərbaycanda həyata keçirilən yoxsulluğun aradan qaldırılması və davamlı inkişafa, kiçik və orta sahibkarlığa və digər sahələrə yönəldilmiş əsas inkişaf proqramları barədə danışıb. O, həmçinin, bu sahələrlə bağlı müxtəlif beynəlxalq təşkilatların, ölkələrin əlaqələrinin inkişafını da xüsusi qeyd edib.

Antiinhisar Siyasəti üzrə Departamentin rəhbəri Rahim Hüseynov iştirakçıları antiinhisar fəaliyyəti ilə bağlı apardığı işlər barədə məlumatlandırıb. İclasın gedişində dövlət yardımı sahəsində rəqabətin şərtlərinin yerinə yetirilməsi, nizamlanma kartelləri sahəsində xarici təcrübədən istifadə ilə əlaqədar antiinhisar nəzarətin həyata keçirilməsi kimi məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti