...

R.MEHDİYEV: SEÇKİLƏR ƏDALƏTLİ,DEMOKRATİK VƏ ŞƏFFAF OLACAQ

Siyasət Materials 26 Sentyabr 2005 21:11 (UTC +04:00)

Deputatlığa hər bir namizəd və seçici əmin ola bilər ki, bütün vətəndaşlar parlament seçkilərində azad seçki hüquqlarının tamamilə həyata keçməsinə nail olacaq. Trend bildirir ki, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının başçısı Ramiz Mehdiyev bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti noyabrın 6-na planlaşdırılmış seçkilərin tamamilə demokratik keçirilməsi üçün öz siyasi iradəsini bildirib.O, ədalətli və şəffaf seçkiləri təmin etmək niyyətindədir.

R.Mehdiyev "Azadlıq" seçki blokundan namizəd olan Rauf Arifoğlunun Azərbaycan dövlət televiziyası ilə onun ünvanına dediklərini təkzib edib.O, bunu böhtan və şayiə adlandırıb.

Xəbər lenti

Xəbər lenti