...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİİ MİNGƏÇEVİRDƏ ƏMƏK YARMARKASI KEÇİRİB

Siyasət Materials 30 Sentyabr 2005 20:03 (UTC +04:00)

Sentyabrın 30-da əmək və əhalinin sosial müdafiəsi nazirlyi Mingəçevirdə növbəti əmək yarmarkası keçirib.Nazirliyin Baş Məşğulluq İdarəsində Trend ə bildirilib ki, sonuncu dəfə analoji tədbir sentyabrın 23-də Sumqayıtda keçirilib. İdarədə həm də qeyd olunub ki, yarmarkanın yekununda işlə təxminən 106 nəfər təmin edilib və orta əmək haqqı 500 min manat olub, o cümlədən 38 nəfər özəl müəssisələrdə işlə təmin edilib.

Bütünlükdə keçirilən əmək yarmarkaları nəticəsində rayonda 51 müəssisə tərəfindən 508 iş yeri təqdim olunub.

Ümumilikdə avqustda idarə tərəfindən Balakən, Ucar, Astara, Gədəbəy, Sabirabad, Kürdəmir, Ağsu, Saatlı, Qəbələ, Samux, Zərdab və Dəvəçi kimi rayonların İcra hakimiyyətləri ilə birgə analoji tədbirlər keçirilib.

N.vbəti əmək yarmarkalarının Gəncə və Bakıda keçirilməsi planlaşdırılır.

İlin əvvəlindən bütünlükdə respublika üzrə keçirilən yarmarkalar nəticəsində 4 min nəfərdən çox insan işlə təmin edilib.

Xəbər lenti

Xəbər lenti