...

PREZİDENT İLHAM ƏLİYEV SABİRABAD SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 6 Oktyabr 2005 16:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Sabirabad rayonuna səfər edib. Trend in məlumatına görə, Kürdəmirən sonra Sabirabada yola düşən dövlət başçısı orada əvvəlcə yeni inşa olunacaq Olimpiya Kompleksinin təməlqoyma mərasimində iştirak edib, sonra "Muğan" klinikasına baş çəkib. Bundan sonra İlham Əliyev Heydər Əliyev adına parkda rayon icitmaiyəti qarşısında çıxış edib. O, həm ölkədə iqtidsadi inkişafdan danışıb, həm də qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərini diqqətə çatdırıb.

İlham Əliyev deyib ki, son 8 ay ərzində ölkədə 20 faiz iqtisadi artım olub, sənaye patensialı 26 faiz, əhalinin pul gəlirləri 27 faiz, banklara qoyulan əmanətlərin həcmi 50 faiz artıb, minimum əmək haqqı və tələbələrin təqaüdü isə 2 dəfə çoxaldılıb. Prezident deyib ki, Azərbaycan aqrar ölkə olduğundan əhalinin yarısı kənd təsərrütafı ilə məşğuldur, buna görə də kənd təsərrüfatı sektorunun inkişafı mühüm əhəmiyyət kəsb edir. İlham Əliyev bildirib ki, neft gəlirləri hələ reallaşmasa da, ölkədə iqtisadi artım müşahidə edilir. Neft Fondunun fəaliyyəti tamamilə şəffafdır və hər bir vətəndaş istədiyi vaxt neftdən gələn gəlirlərin hansı istiqamətdə xərclənməsi barədə məlumat əldə edə bilər.

Prezident Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olduğunu, iqtisadiyyatın bazar prinsipləri əsasında qurulduğunu diqqətə çatdıraraq bazar iqtisadiyyatının inkişafını ölkə üçün əsas şərt kimi qiymətləndirib. Lakin sırf bazar iqtisadiyyatının təbələbləri əsasında fəaliyyət göstərməyin də düzgün olmadığını deyib.

İlham Əliyev parlament seçkiləri haqqında danışarkən bu seçkinin ölkə həyatında önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Çünki yeni deputatlar qanunvericilik bazasının təkmilləşməsində və Avropa standartlarına yaxınlaşmasında mühüm rol oynayacaqlar. Amma parlament seçkiləri Azərbaycanda hakimiyyəti dəyişmək üçün keçirilən seçki deyil.

Müəyyən dairələr bizim fəaliyyətimizlə bağlı tənqidi fikirlər səsləndirirlər və bu da təsadüfü deyil. Çünki biz müstəqil siyasət yeridirik"-deyə İlham Əliyev çıxışında bildirib. Dövlət başçısı həmçinin, bölgələrdə yerli icra orqanlarının seçki prosesinə müdaxilə və təzyiq etməsinin yolverilməz olduğunu dilə gətirib.

Xəbər lenti

Xəbər lenti