...

GƏNCƏDƏ SEÇİCİLƏRİN SAYI DƏQİQLƏŞDİ

Siyasət Materials 6 Oktyabr 2005 18:27 (UTC +04:00)

Oktyabrın 6-da 39 saylı dairə seçki komissiyasının binasında təşkil olunan yığıncaqda məntəqə komissiya üzvləri dəvət olunmuşdu. Tədbirdə çıxış edən dairə sədri İbrahim Cəfərov ilkin siyahıya əsasən 37 min 5 nəfər seçici qeydə alındığını və buna müvafiq olaraq Mərkəzi Seçki Komisiyası tərəfindən seçici vəsiqələrinin verildiyini bildirdi. O, əlavə etdi ki, yekun siyahıda aparılan son yoxlamalar nəticəsində 35716 nəfər seçicinin olduğu təsdiqlənib. Cəfərov onlardan 32 mininə artıq vəsiqələrin verildiyini söylədi. Sədrin sözlərinə görə yerdə qalan 3 min seçiciyə isə evlərində tapa bilmədikləri səbəbindən məntəqə üzvləri tərəfindən vəsiqələr vermək mümkün olmayıb. Lakin bir həftə ərzində yenidən buna cəhd ediləcək. Müsahibimiz 39 saylı seçki dairəsinin ərazisində iki hərbi hissədə seçkilərə 5 gün qalmış əlavə məntəqələrin yaradılacağını və buradakı vətəndaşların da yaxın zamanda seçici vəsiqəsi ilə təmin olunacağını bildirdi.

Xəbər lenti

Xəbər lenti