...

LORD RASSEL-CONSON: AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ DAĞLIQ QARABAĞ ÜZRƏ ALT KOMİTƏSİNİN FƏALİYYƏTİ MÜNAQİŞƏNİN NİZAMLANMASINA YÖNƏLMƏYİB

Siyasət Materials 7 Oktyabr 2005 12:30 (UTC +04:00)

"AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyəti bu münaqişənin həllinə yönəlməyib". Bu barədə Trend in Strasburqdakı xüsusi müxbirinə AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Lord Rassel Conson ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun MQ-nin öz səlahiyyətlərinin bir hissəsini AŞ PA-nın Alt Komitəsinə verəcəyinə dair bəyanatını şərh edərkən bildirib.

"Dağlıq Qarabağ münaqişəsi yalnız iki dövlətin nümayəndələri arasında danışıqlar yolu ilə həll oluna bilər. Bizim komitə ölkələrin parlamentləri arasında mövcud gərginliyin aradan qaldırılması və əlaqələrin yaradılması məqsədilə təsis olunduğu üçün o, danışıqların aparılması üçün forum deyil. Biz ATƏT-in Minsk qurpu ilə heç bir səlahiyyət bölgüsü aparmırıq. Minsk qrupu öz fəaliyyətini davam etdirir və bu qrup çərçivəsində ölkə prezidentlərinin görüşləri təşkil olunur", - deyə R.Conson bəyan edib.

"Komitənin səlahiyyətləri məsələsinə gəlincə, biz Minsk qrupu ilə səlahiyyətlərin bölüşdürülməsi üzrə rəsmi danışıqlar deyil, sadəcə şifahi məsləhətləşmələr aparmışıq. Bizim Minsk qrupu ilə birgə fəaliyyətimizdə məqsəd hazırki və gələcək danışıqlarda irəliləyişlərə nail olmaqdır", - deyə lord qeyd edib.

Xəbər lenti

Xəbər lenti