...

OMBUDSMAN BÖLGƏLƏRDƏ SEÇKİLƏRLƏ BAĞLI SEMİNARLAR KEÇİRİR

Siyasət Materials 11 Oktyabr 2005 12:54 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bölgələrdə qarşıdakı parlament seçkilərinə həsr olunmuş "Seçki hüququ, səsvermə hüququ, müşahidəçilərin hüquq və vəzifələri" adlı seminarlar keçirməkdə davam edir. Ombudsman aparatından Trend ə verilən məlumata görə, İsmayıllı, Qəbələ, Oğuz, Balakən və Zaqatala rayonlarının dairə seçki komissiyaları sədrlərinin, icra hakimiyyəti, prokurorluq, məhkəmə, bələdiyyə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi növbəti seminar Şəkidə keçirilib.

Ombudsman seçkilərin demokratik keçirilməsinin, bu seçkilərdə seçicilərin azad və fəal iştirakının zəruriliyi və əhəmiyyətini iştirakçıların nəzərinə çatdıraraq, seçkilərin demokratik və şəffaf keçirilməsində bu qurumların vəzifəsini izah edib. E.Süleymanova vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, seçkiqabağı təbliğat kampaniyasının keçirilməsində namizədlərə bərabər şəraitin yaradılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, ombudsman artıq Sumqayıt, Quba, Cəlilabad, Abşeron və Xızıda belə seminarlar keçirib.

Xəbər lenti

Xəbər lenti