...

Simferopol Daxili İşlər Nazirliyinin idarəsi Rəsul Quliyevin saxlanılması faktını təsdiq edib

Siyasət Materials 17 Oktyabr 2005 19:44 (UTC +04:00)

Simferopol (Ukrayna) şəhəri DİN idarəsi Azərbaycan Demokratik partiyasının (ADP) lideri, eks-spiker Rəsul Quliyevin şəhər hava limanında saxlanılması faktını təsdiq edib.

"Saxlanılma Azərbaycan tərəfinin beynəlxalq axtarışa müraciəti ilə bağlı olaraq baş verib"-deyə Simferopol DİN İdarəsi mətbuat xidmətinin baş inspektoru Andrey Çernov Trend ə bildirib.O, qeyd edib ki, saxlanılma beynəlxalq sazişlər əsasında baş verib.

Andrey Çernov həm də qeyd edib ki, Rəsul Quliyev "beynəlxalq instansiyalarla məsləhətləşmələrdə" vəziyyətə aydınlıq gətirilənədək Simferopolda qalacaq.

Xəbər lenti

Xəbər lenti