...

Siyasətçilər Amerikanın ATƏT-də olan səfirinin bəyanatını şərh edir

Siyasət Materials 21 Oktyabr 2005 19:42 (UTC +04:00)

"Əgər noyabrın 6-da Azərbaycanda parlament seçkiləri beynəlxalq standartların pozulması ilə keçirilərsə, onda respublika "demokratik inkişaf yolunda geriyə iri addım atacaq". Trend bildirir ki, bu barədə "Azərbaycan naminə" ictimai fondun prezidenti, müxalifətin "Yeni siyasət" seçki blokunun həmtəsisçisi Eldar Namazov ABŞ-nın ATƏT-də olan səfiri Culi Finlinin "Vaşinqton Azərbaycanda müxalifətin icazəsiz aksiyaları zamanı polis zorakılığına dair məruzələrin daxil olması ilə bağlı narahatdır" məzmunlu bəyanatını şərh edərkən bəyan edib.

E. Namazov xatırladıb ki, həmçinin ATƏT də müxalifətin aksiyalarının dağıdılması zamanı güc tətbiq edən hüquq-mühafizə orqanları nümayəndələrinin hərəkətlərini mənfi qiymətləndirib. "Parlament seçkilərinə cəmi iki həftə qalır və polisin hərəkətləri ölkədəki gərginliyi gücləndirir" - deyə "Yeni Siyasət" blokunun həmtəsisçisi bildirib.

Öz növbəsində Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədxanov qeyd edib ki, şayiələr əsasında bəyanat vermək olmaz, konkret faktlar olmalıdır. Deputatın sözlərinə görə, səfirin bəyanatı polis tərəfindən güc tətbiq etmiş konkret adlara və soyadlara əsaslanmalıdır.

Xatırladaq ki, ABŞ-nın ATƏT-də olan səfiri həmçinin bəyan edib ki, ABŞ respublika hakimiyyətini toplanma azadlığında vətəndaşların hüquqlarının təmin edilməsi yollarının axtarılmasında "çeviklik və təşəbbüskarlıq nümayiş etdirməyə", eləcə də hər iki tərəfi dialoq prosesinin bərpa edilməsinə çağırır.

Xəbər lenti

Xəbər lenti