...

Volfqanq Yon: Azərbaycan Avropa strukturlarına inteqrasiya etmək üçün inkişaf etmiş demokratik institutlara malik olmalıdır

Siyasət Materials 3 Noyabr 2005 17:30 (UTC +04:00)

"Azərbaycan Avropa strukturlarına inteqrasiya etmək üçün inkişaf etmiş demokratik institutlara malik olmalıdır və bu baxımdan qarşıdakı parlament seçkiləri böyük əhəmiyyət kəsb edir". Trend in xəbər verdiyi kimi, bu barədə Cənubi Qafqaz üzrə "Fridrix Nauman" fondu proqramlarının direktoru doktor Folfqanq Yon noyabrın 3-də "Azərbaycan Avropaya doğru: imkanlar və perspektivlər" adlı seminarın gedişində bildirib.

"6 noyabr seçkiləri respublikanın demokratik inkişaf yolunu və Avropa Birliyi ilə əməkdaşlıq perspektivlərini müəyyən edəcək. Avropaya inteqrasiya prosesi vacib öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur", - deyə o qeyd edib.

"Bu, nəinki Azərbaycan, həm də AB üçün ağır prosesdir. Avropa Birliyində də onun genişlənməsinin, xüsusilə "Mehriban qonşuluq siyasəti" proqramının həyata keçirilməsinin vacibliyini dərk etməyən şəxslər var", - deyə V.Yon bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa ictimaiyyətinə inteqrasiyası üçün bazarın liberallaşdırılması və azad informasiya mübadiləsi əsas rol oynayır.

Cənubi Qafqaz regionunda "Fridrix Nauman" fondu proqramlarının həyata keçirilməsinə gəldikdə, o bildirib ki, təşkilat son illər ərzində gənclərdə siyasi kamilliyin inkişafı və Dağlıq Qarabağ və s. kimi regional münaqişələrin nizamlanması məqsədilə dialoq mühitinin yaradılması istiqamətində səy göstərir.

""Fridrix Nauman" Fondu 1998-ci ildən etibarən Azərbaycan və Ermənistan xalqının yaxınlaşdırılması məqsədilə səylərini artırıb", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti