...

Bakının mərkəzi küçələrində 68 müasir svetafor quraşdırılıb

Siyasət Materials 8 Noyabr 2005 13:04 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində Bakı şəhərinin mərkəzi küçələrində könhə obyekt svetaforları sökülərək əvəzində müasir işıq diodlu yeni 68 svetafor quraşdırılıb. Bu barədə Trend ə Bakı Dövlət Yol Polisinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

İntensivliyi yüksək olan Azadlıq, R.Behbudov, Tbilisi, Z.Bünyadov prospektlərində, Q.Qarayev, Z.Əhmədbəyov, C.Cabbarlı, N.Əliyev, S.Vurğun, Bakıxanov, İstiqlaliyyət, Şeyx Şamil, H.Hacıyev, Ə.Əliyev, K.Rəhimov və Təbriz küçələrinində avtomobillərin dayanması qadağan olunan sahələr müəyyən edilib və bununla əlaqədar 160 əlavə yol nişanı quraşdırılıb.

7 yolayrıcının svetaforla tənzimlənməsi üçün quraşdırma işləri aparılıb, 1569 yol nişanı qoyulub, şosselərdə 1.284.710 pm. cizgiləmə işi aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb. 566782 avtomobilə dövlət qeydiyyat nişanları, 87635-nə qeydiyyat şəhadətnamələri verilib. 37432 avtomobil ilkin, 33547 avtomobil isə təkrar qeydiyyata alınıb. Vətəndaşlara 53703 sürücülük vəsiqəsi verilib.

DYP əməkdaşları yol hərəkətinə nəzarət prosesində 329993 yol hərəkət qaydası pozuntusu, o cümlədən, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9359 fakt aşkar ediblər. Yol hərəkət qaydalarının pozuntusuna görə 1400 sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşıdrılıb.

Yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb olan nəqliyyat vasitələninin yüksək sürətlə idarə olunması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yollarda quraşdırılmış "Lyuks" markalı səyyar radar qurğusu vasitəsiylə 40 mindən artıq yol hərəkəti qaydalarının pozuntusu aşkar olunub.

Xəbər lenti

Xəbər lenti