...

Türkiyə səfirliyi Azərbaycanda seçkilərin nəticələri ilə bağlı bəyanatla çıxış edib

Siyasət Materials 11 Noyabr 2005 15:07 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatına görə, 6 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərində monitorinq keçirən İstanbulun "Mərmərə" qrupu və Türkiyə parlamentinin Azərbaycan-Türkiyə dostluğu qrupu ölkəyə öz şəxsi təşəbbüsləri ilə gəliblər. Trend in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Bu müşahtdəçilərin yerdi KİV-də yayılan bəyanatı onların səmimiliynə heç bir şübhə oyatmamalıdır. Çünki bu zaman onlar müşahidə apardıqları seçki məntəqələrində görüdklərinə əsaslanıblar.

Bəyanatda bildirilir ki, Türkiyənin 60 nəfərə yaxın rəsmi imüşahidəçisi Azərbaycana ATƏT-in DTİHB-nun, Avropa Şurası və NATO-nun müşahidə missiyasının tərkibində gəliblər və bu təşkilatların çərçivəsində monitorinq həyata keçiriblər.

Bəyanatda bildirilir ki, Türkiyə dövlətinin rəsmi mövqeyi də müvafiq səlahiyyətli strukturlar tərəfindən verilir.

"Biz dərindən ümid edirik ki, qardaş Azərbaycan xalqı ictimai konsensusa və hüququn aliliynə əsaslanan demokratiya yolunu igidlik və qətiyyətlə davam etdirəcək", - deyə sənəddə bildirilir.

Xəbər lenti

Xəbər lenti