...

Məşvərət Məclisinə üç partiya müraciət edib

Siyasət Materials 18 Noyabr 2005 13:25 (UTC +04:00)

"İqtidaryönlü partiyaların Məşvərət Məclisinə (MM) üzv olmaq üçün üç partiya müraciət edib". Bu barədə Trend ə Məşvərət Məclisinin sədri Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bu partiyaların Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası və Azərbaycan Xalq İttifaqı Partiyasının olduğunu vurğulayıb: "Ancaq biz bu partiyaların müraciətinə baxmayacağıq. Planlaşdırmışıq ki, məsələni seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının son qərarından sonra müzakirə edək".

MM sədri onu da bildirib ki, Milli Hərəkat Partiyasının qurumdan çıxması barədə müraciətinə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti