...

Sabina Freyzer: Azərbaycanda parlament seçkiləri əvvəlkilərdən müsbət mənada fərqlənir

Siyasət Materials 23 Noyabr 2005 19:39 (UTC +04:00)
Sabina Freyzer: Azərbaycanda parlament seçkiləri əvvəlkilərdən müsbət mənada fərqlənir

Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycandakı vəziyyətlə bağlı son hesabatı 2003-cü ilin (prezident) , 2004-cü ilin (bələdiyyə) və 2005-ci ilin (parlament) seçkilərinin nəticələrinə əsaslanır. Bu barədə noyabrın 23 -də Bakıdakı mətbuat konfransında BBQ-nun Qafqaz üzrə layihə direktoru Sabina Freyzer bəyan edib.

Onun sözlərinə görə, BBQ bu sənədi hazırlayarkən hökumət əleyhinə məqsədlər güdməyib. "Bizim məqsədimiz yalnız hakimiyyətin işini stimullaşdırmaqdır", -deyə S. Freyzer bildirib və BBQ-nun nümayəndələrinin digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə 6 noyabr parlament seçkilərinin smonitorinqində iştirak etdiyini bildirib.

"Bizə məlumdur ki, seçki kampanyiasının gedişində hüquq pozuntuları qeydə alınıb. Nəticədə 3 rayon administrasiyasının rəhbəri işdən qovulub", -deyə Sabina Freyzer bildirib.

BBQ-nun nümayəndəsinin fikrincə, Azərbaycanın gəlirlərinin, ilk növbədə neftdən gələn gəlirlərin artdığı dövrdə respublikaya korrupsiya ilə mübarizə aparmaq üçün yaxşı hüquqi bazanın olması zəruridir.

Eyni zamanda, BBQ-nun nümayəndəsi qeyd edib ki, BBQ-na hələ Seçki Məcəlləsini pozanlara qarşı hər hansı bir cinayət işinin açılması ilə bağlı bir dənə də fakt məlum deyil və bu mərhələdə əsas rol Azərbaycanın Baş prokurorluğuna məxsusdur.

"Mən müxalifəti saxtakarlıqların ləğv olunması məqsədilə büutün qanuni yollardan istifadə etməyə çağırıram",- deyə S. Freyzer bildirib. O eyni zamanda, ölkənin məhkəmə sisteminin islahatlara ehtiyacı olduğunu qeyd edib və bunun gələcəkdə qanun pozucularının lazımi şəkildə cəzalandırılmasının mümkün olması üçün vacib olduğunu bildirib.

Sonda BBQ-nun layihə direktoru bəyan edib ki, 2005-ci il parlament seçkilərinin gedişində müsbət məqamlar da qeydə alınıb ki, bu da son seçki kampanyiasını əvvəlkilərdən fərqləndirir. Qanunlara böyük bağlılıq, məhkəmə sistemindəki böyük peşəkarlıq- bunlar hamısı müsbət anlardır", -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti