...

Vəhdət Partiyası İslam Partiyasının ittihamlarını məntiqsiz hesab edir

Siyasət Materials 30 Noyabr 2005 14:20 (UTC +04:00)

"Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Blokundan çıxdığına görə İslam Partiyasının onun ünvanına söylədiyi ittihamlarını məntiqsiz və əsassız hesab edir". Bu barədə Trend ə Vəhdət Partiyası sədrinin müavini Vidadi Fərəcov bildirib.

Qeyd edək ki, İslam Partiyasının sədri Hacı Hacıağa Nuri Vəhdət Partiyasının sədri Tahir Kərimlini bloku tərk etməklə onlara xəyanət etmiş olduğunu bildirmişdir.

V.Fərəcov qeyd edib ki, islamçılarla 5 il bir blokda fəaliyyət göstəriblər. Ancaq heç bir irəliləyiş əldə etməyiblər: "Prezident, bələdiyyə və parlament seçkilərində blok qarşısına qoyduğu məqsədinə çata bilmədiyinə görə qurumu tərk etdik. 2003-cü ildə keçirilən prezident seçkilərində islamçılarla sosial-demokratların mövqeyi bizi qane etmədiyindən də təəssüfləndik".

Vəhdətin səlahiyyətlisi onu da bildirib ki, onlar bir daha belə bloklarda islamçılarla bir yerdə ola bilməzlər.

Xəbər lenti

Xəbər lenti