...

Vidadi Mahmudov: "Müsavat Partiyasını "vurmaq" üçün mənə qara yaxırlar, Müsavat da bu adı üstündən görümək üçün məni ittiham edir"

Siyasət Materials 3 Dekabr 2005 14:55 (UTC +04:00)

"Özlərini demokrat kimi aparan müxalifət liderləri öz qüsurlarını ört-basdır etmək üçün hər dəfə başqasını təsir altında saxlamağa çalışdıqlarını nümayiş etdirirlər. Bu şəxslərin öz siyasi maraqları bu gün məni məhv etməyə yönəlib. Belə hərəkətlərlə özünə imic qazanmaq olmaz". Trend in məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) müxalifətdən olan katibi Vidadi Mahmudov səsləndirib.

O, keçirdiyi mətbuat konfransında bildirib ki, 6 noyabr seçkilərinin yekun protokollarının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün protokollara imza atmasına görə onu rüşvət almaqda ittiham edirlər. Lakin MSK-da təmənnasız fəaliyyət göstərdiyini deyən Vidadi Mahmudov "Azadlıq" blokuna daxil olan partiyalar tərəfindən ünvanına səslənən kəskin ittihamları "məntiqsiz, hüquqi əsası olmayan" böhtanlar adlandırıb. V.Mahmudovun sözlərinə görə, bu partiyalardan biri Müsavat Partiyasını "vurmaq", arxa plana keçirmək üçün ona qara yaxır, böhtan atır, Müsavat da bu adı üstündən götürmək üçün V.Mahmudova qarşı ittihamlar yağdırır.

"Rauf Arifoğlu da, onun qardaşı da mənim yaşayışım tərzimi yaxşı bilirlər, onlar hamısı məndən qat-qat yaxşı yaşayır. İndi öz siyasi məqsədləri naminə məni mübarizəyə təhrik edirlər. Mən bu seçkidə gördüm ki, bir çoxları yalnız özlərinin deputat olmasına çalışırlar. Arif Hacılı mənə deyirdi ki, mən deputat olmalıyam, bir gündə nə qədər telefonuma zəng vurur, nə qədər xahişlər edirdilər. Amma mən MSK katibiyəm, deputat seçmirəm. Mənim haqqımda tərifnamələr yazan Zamin Hacı indi qələmini döndərib şəfərsiz yazılar yazır. Təəssüf edirəm ki, belə jurnalistləri vaxtilə çox müdafiə etmişəm"-deyə V.Mahmudov bildirib.

MSK kaitibinin sözlərinə görə, bu müxalifət partiyaları özləri ilə eyni cür düşünməyən şəxsləri düşmən kimi qəbul edirlər: "Gəlib MSK-da özləri fəaliyyət göstərsinlər, rüşvət veriləndə də özləri alsınlar"-deyə V.Mahmudov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti