...

Gürcüstanın xarici işlər nazirinin Azərbaycana səfərinə hazırlıq işləri başlayıb

Siyasət Materials 7 Dekabr 2005 14:10 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin Azərbaycana rəsmi səfərinə hazırlıq işlərinə başlanılıb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstanda Fövqəladə Səlahiyyətli səfiri Ramiz Həsənov məlumat verib.

Hazırda səfərin dəqiq tarixini müəyyən etmək üçün iki ölkənin xarici işlər nazirlərinin qrafiki razılaşdırılır. Səfirin sözlərinə görə, Gürcüstan tərəfi səfərin dekabrın 15-i ilə 20-si arasında həyata keçirilməsini təklif edir. Bu tarixi Azərbaycan tərəfi nəzərdən keçirir. Ekspertlər səfər proqramı və danışıqların gündəliyi üzərində də çalışırlar. Gürcüstanın XİN-nin rəhbəri Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli danışıqlar aparacaq və iki ölkənin əməkdaşlığının perspektivlərini müzakirə edəcək. Danışıqların gündəliyinə ikitərəfli, eləcə də beynəlxalq xarakterli məsələlər də daxildir. Səfirin sözlərinə görə, nazirlər dövlət sərhədlərinin delimitasiyası məsələlərini, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti və s. məsələləri müzakirə edəcəklər.

Səfir həmçinin, bildirib ki, səfərin gedişində hər hansı bir sənədin imzalanması gözlənilmir.

Xatırladaq ki, bu, Gürcüstanın xarici işlər nazirinin Azərbaycana ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti