"Milli Dirçəliş Hərəkatının (MDH) seçkidən öncə və sonra müxalifətin vahid mərkəzdə birləşməsi təşəbbüsü "Azadlıq" bloku tərəfindən qəbul edilmədi". Bu barədə Trend ə MDH-nin lideri Fərəc Quliyev bildirib.
F.Quliyev onu da qeyd edib ki, "Azadlıq" blokunun bu məsələyə laqeyd münasibəti cavabsız qalmadı: "Dəfələrlə dəvətlər olunsa da, hərəkatımız blokun təşkil etdiyi mitinqlərdə iştirak etmədi". MDH lideri onu da bildirib ki, müxalifətin yeni əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ilə saziş imzalayıblar: "Gələcəkdə bu sazişə digər partiyalar da qoşulacaq. Artıq təkliflər var", - deyə o bildirib.
F.Quliyev bu əməkdaşlığın gələcəkdə vahid partiyaya çevrilə biləcəyini də istisna etməyib.