...

Pənah Hüseyn: "Azadlıq" blokunda təkrar seçkilərdə iştirakın həm lehinə, həm də əleyhinə olanlar var

Siyasət Materials 10 Dekabr 2005 14:01 (UTC +04:00)

10 dairə üzrə keçiriləcək təkrar parlament seçkilərində iştirak edib-etməməklə bağlı "Azadlıq" bloku daxilində fikir ayrılığı var. "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn Trend ə bildirib ki, blokda təkrar seçkilərə qatılmağın həm lehinə, həm də əleyhinə olanlar var.

Qeyd edək ki, prezident İlham Əliyev təkrar parlament seçkilərinin gələn il mayın 13-də keçirilməsinə dair sərəncam verib. Pənah Hüseyn qeyd edib ki, təkrar seçkilərlə bağlı "Azadlıq" blokunun hələ ki, yekun qərarı yoxdur. Onun sözlərinə görə, bu məsələ müzakirəyə çıxarılacaq və bundan sonra qərar veriləcək. Blokun təkrar seçkilərlərdə iştirak edib-etməməsi ilə bağlı öz mövqeyinin nədən ibarət olmasına gəldikdə, Pənah Hüseyn bildirib ki, blokun çıxaracağı qərarla razılaşacaq və buna uyğun addım atacaq.

Pənah Hüseyn də daxil olmaqla seçkidə qalib gəlmiş 6 nəfər müxalifətçi deputat parlamentin iclaslarında iştirak etmir. Lakin onlar mandatlarının ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyiblər. Pənah Hüseyn deyib ki, bunun üçün blokun qərar çıxarması lazımdır: "Əgər "Azadlıq" bloku qərar çıxarsa, mandatların ləğv olunması ilə bağlı MSK-ya müraciət edəcəyik".

Xəbər lenti

Xəbər lenti