...

Azərbaycan ictimaiyyəti Heydəri Əliyevin vəfatının ikinci ildönümündə Fəxri Xiyabanı ziyarət edir

Siyasət Materials 12 Dekabr 2005 12:46 (UTC +04:00)
Azərbaycan ictimaiyyəti Heydəri Əliyevin vəfatının ikinci ildönümündə Fəxri Xiyabanı ziyarət edir

Dekabrın 12-də Azərbaycan ictimaiyyəti Azərbaycanın eks-prezidenti Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarəti edir. Bu barədə Trend məlumat verib.

Gözlənildiyinə görə, bütün gnü ərzində eks-prezidenti məzarına tanınmış ictimai xadimlər, ziyalılar, hökumətin və parlamentin nümayəndələrinin baş çəkəcəklər.

Bakı şəhəri Baş Polis İdarəsi H.Əliyevin vəfatının 2-ci ildönümü günü ictimai asayişin təmin edilməsi üçün xüsusi fəaliyyət proqramı həyata keçirir.

Trend in arayışı: Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda birinci katib seçildikdən sonra Heydər Əldiyev respublikanın rəhbəri oldu. 1982-ci ilin dekabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin edilərək SSRİ-nin rəhbərlərinedən biri oldu. İyirmi il ərzində Heydər Əliyev SSRİ Ali Sovetinin deputatı olmuş və beş il SSRİ Ali Sovetinin sədri müavini vəzifəsini tutub.

1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yürütdüyü siyaətə etiraz əlaməti olaraq tütdüğü vəzifədən istefa verir.

Bakıda sovet qoşunları tərəfindən törədilən 1990-cı il 20 yanvar qanlı hadisələrindən sonra Heydər Əliyev ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranmış gərgin siyasi vəziyyətə etiraz əlaməti olaraq o, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdlan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayır və elə həmin il Azərbaycanın Ali Sovetinə deputat seçilir. 1991-1993-cü illərdə o, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Sovetinin sədri müavini seçilir. 1992-ci ildə Naxçıvan şəhərində keçirilən "Yeni Azərbaycan" partiiyasının təsis qurultayında Heydər Əliyev partyianın sədri seçilir.

1993-cü ilin may-iyun aylarında ölkədə son dərəcə gərginləşmiş hökumət böhranı nəticəsində vətəndaş müharibəsi təhlükəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı və Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. O zamankı Azərbaycan rəhbərliyi Heydər Əliyevi rəsmi şəkildə Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. 1998-ci il oktyabrın 11 -də yüksək fəallıq şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini qazanaraq, o, yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürən Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi.

Xəbər lenti

Xəbər lenti