2006-cı ildə Garadagh Cement Açıq Tipli Səhmdar Cəmiyyətinə (ATSC) $7 mln investisiya qoyulacaq. Bu barədə Trend ə ATSC-in İdarə Heyətinin sədri Uve Kexler ekskluziv məlumat verib.
Onun sözlərinə görə, investisiyalar istehsala, o cümlədən yeni yarımstansiyaların tikintisinə yönələcək.
Bununla yanaşı, müəssisə cari ildə olduğu kimi 2006-cı ildə 1.3 mln ton sement istehsal etməyi planlaşdırır.
Uve Kexler həmçinin, bildirib ki, hazırda müəssisənin əməkdaşlarının sayı 550 nəfərdir. Onların əmək haqqı 2006-cı ildə 12% artırılacaq.
2004-cü ildə Garadagh Cement $6,5 mln investisiya qoyulub və 1,36 mln ton məhsul istehsal olunub ki, bu da 398 min ton və ya 41.4% çoxdur.