...

Araz Əzimov: 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında konkret addımlar atılmalıdır

Siyasət Materials 13 Dekabr 2005 18:48 (UTC +04:00)
Araz Əzimov: 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında konkret addımlar atılmalıdır

2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında konkret addımlar atılmalıdır. Trend bildirir ki, dekabrın 13-də keçirilən brifinqdə AR XİN başçısının müavini Araz Əzimov bu barədə bəyan edib.

Onun fikrincə, gələn il münaqişənin sülh yolu ilə nizama salınması variantları mümkündür. Amma o hesab edir ki, münaqişənin yüksək səviyyədə həllini tələb edən bir sıra problemlər vardır. O, Minsk qrupu həmsədrlərinin 2006-cı ilin problemin həlli üçün qəti ola biləcəyi fikri ilə razılaşır. O, bunu gələn il ölkələrdən heç birində hər hansı seçkilərin olmaması və regionda geosiyasi və geostrateji vəziyyətin dəyişməməsi ilə izah edib. Diplomat qeyd edib ki, bu dəyişikliklər münaqişənin həlli üçün yeni şəraiti formalaşdıracaq.

A.Əzimov Minsk qrupu həmsədrlərinin dekabrın 16-17-də Azərbaycana səfəri barədə yayılan informasiyanı təsdiq edib. Diplomatların qarşıdakı görüş proqramına toxunan A.Əzimov bildirib ki, onların AR prezidenti və XİN başçısı ilə görüşü planlaşdırılır.

ATƏT-in xarici işlər nazirləri Şurasının (XİNŞ) Lyublyanada keçirilən iclasını müsbət qiymətləndirən A.Əzimov qeyd edib ki, XİNŞ tərəfindən qəbul edilən sənəddə "böyük nöqsanlar" vardır. Onun fikrincə, sənədin müsbət tərəfi regional münaqişələrin həllində ATƏT-in rolunun fəallaşdırılması, eləcə də bütövlükdə geosiyasi məkanda ATƏT-in roluna yenidən baxılması zərurətinin vurğulanmasıdır.

Xəbər lenti

Xəbər lenti