...

Mirmahmud Mirəlioğlu: "Qalib gəlmiş müxalifətçi deputatlar parlamentdə iştirak etməlidir"

Siyasət Materials 14 Dekabr 2005 12:20 (UTC +04:00)

"Seçkidə qalib gəlmiş müxalifətçi deputatlar parlamentdə iştirak etməlidirlər. Biz hesab edirik ki, qazanılmış mandatdan istifadə etmək və parlamentin iclaslarına qatılmaq məqsədəuyğundur". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadının sədri Mirmahmud Mirəlioğlu bildirib.

O, Milli Məclisin iclaslarında iştirak etməyən 7 nəfər müxalifətçi deputatın parlamenti boykot etməsinə münasibət bildirərkən deyib ki, Milli Məclisin daxili Nizamnaməsinə görə onlar barəsində ölçü götürülməsini gözləmək lazım deyil: "Yaxşı olardı ki, bu şəxslər parlamentdə iştirak etsinlər. Əslində mandat qazanmış müxalifətçilərin qəlbinin dərinliyində parlamentdə iştirak etmək istəyi var. Sadəcə olaraq hamı Avropa Şurasında keçiriləcək müzakirələri və bu qurumun rəyini gözləyir. Amma mən məsləhət görürəm ki, qazanılmış deputat mandatından istifadə olunmalıdır, çünki bu, işə yaraya bilər", - deyə M.Mirəlioğlu bildirib.

"Klassiklər"in sədri onu da vurğulayıb ki, mandatdan imtina etdiklərini deyən müxalifətçi deputatlar bu bəyanatları ilə bərabər, həm də parlamentə getməmək barədə qəti qərar qəbul etmədiklərini deyirlər: "Bu şəxslərin hərəsi bir dil danışır. Çünki onların hamısı eyni fikirdə deyil".

Xəbər lenti

Xəbər lenti