...

MSK 13 mayda keçiriləcək təkrar parlament seçkisinin Təqvim Planını təsdiqlədi

Siyasət Materials 14 Dekabr 2005 16:38 (UTC +04:00)

Dekabrın 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclas 6 noyabr parlament seçkilərindən sonra nəticələri ləğv olunmuş 10 dairə üzrə keçiriləcək təkrar seçkilərə həsr olunub.

MSK katibi Natiq Məmmədov 2006-cı il mayın 13-nə təyin olunmuş təkrar seçkilərlə bağlı "Seçkilərin hazırlanması və keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim Planı" haqqında məlumat verib. O, bildirib ki, Təqvim Planında təkrar seçkilərlə bağlı bütün hərəkət və tədbirlərin müddəti, başlama və başa çatma vaxtları, seçki prosesinin prosedura qaydaları əksini tapıb. MSK katibi Təqvim Planının təsdiqlənməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

İclasda həmçinin 18, 19, 23, 24, 26, 29 oktyabr və 1 noyabr 4,6,8,9,10 noyabr 2005-ci il tarixli iclas protokolları təsdiq edilib.

Qeyd edək ki, təkrar seçkidə iştirak edəcək namizədlər səsverməyə ən çoxu 105 gün, ən azı 70 gün qalmış imza vərəqələri və digər sənədlərini seçki komissiyasına təqdim etməlidirlər. Seçki komissiyası da həmin vaxtdan 10 gün ərzində namizədin sənədlərinə baxıb qərar çıxarmalıdır. Səsverməyə 60 gün qalmış seçkinin təbliğat-təşviqat kampaniyası başlayacaq. Səsvermədən 24 saat əvvəl bu kampaniya başa çatacaq.

Xəbər lenti

Xəbər lenti